Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərsu", su və kanalizasiyanın 2 dəfə bahalaşması lazım olduğuna işarə etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsu", su və kanalizasiyanın 2 dəfə bahalaşması lazım olduğuna işarə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vumuş "Azərsu" ASC  pul vəsaitlərinin hərəkətində və dövriyyə vəsaitlərində çatışmazlığın davam etdiyini açıqlayıb.

 

HƏMÇİNİN OXU: "Azərsu" fantastik zərər açıqladı

 

“Marja”nın ASC-nin hesabatından əldə etdiyi məlumata görə, zərərin və vəsait çatışmazlığının səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır.

 

1 MANAT 41 QƏPİYƏ BAŞA GƏLİR, AMMA 74 QƏPİYƏ SATILIR

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”)  Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur.

 

Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur”, - ASC-nin 2017-ci il üzrə hesabatında deyilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Hesabatda qeyd edilib ki, tarifin qaldırılması "Azərsu"nun vəziyyətinə müsbət təsir edir:


“13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”.

 

Qeyd edək ki, bundan öncə "Baku Bus" və "Bakı Metropoliteni" zərər açıqlamış, bir müddət sonra isə gedişhaqları artırılmışdı.

 

01.09.2018 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ