Bir çox banklarda Dollar bahalaşdı
Ötən həftənin son iş günü banklarda Dolların alış qiymətinin artdığı müşahidə edilmişdi. Çoxları buna Dolların düşməsinin dayanmasına ilkin işarə kimi baxdı.
Xəbər verdiyimiz kimi, Fevralın 11-də səhər saatlarında 1 dolları 1.6400 manata alan Kapital Bank günortadan sonra qiyməti 1.6700 manata, TuranBank 1.5800 manatdan 1.6000 manata, Bank of Baku isə 1.6000 mantdan 1.6400 manata qaldırmışdı.
“Marja” xəbər verir ki, Fevralın 13-də bir sıra banklarda Dolların satış və alış qiymətlərinin qalxması müşahidə edilir. Məsələn, ötən həftənin son iş gününün sonunda 1 dolları 1.7330 manata satan Unibank bu gün səhər 1.80 manata satır. Unibank Dolların alışını 1.60 manatdan 1.67 manata qaldırıb.
“AtaBank” satış məzənnəsi ilə bərabər alış qiymətini də qaldırıb. Ötən həftənin son iş gününündə 1 dolları 1.60 manata alan, 1.7350 manata satan Atabank, bu gün səhər Dolları 1.65 manata alır, 1.77 manata satır.
Azərbaycan Sənaye Bankı Dolların alış qiymətini 1.63 manatdan 1.65 manata, AGBank alışı 1.60 manatdan 1.63 manata, satışı 1.7301 manatdan 1.7350 manata, AmrahBank alışı 1.64 manatdan 1.70 manata, satışı 1.72 manatdan 1.76 manata, Bank of Baku alışı 1.60 manatdan 1.68 manata, satışı isə 1.74 manatdan 1.79 manata, Kapital Bank alışı 1.64 manatdan 1.70 manata, satışı 1.7350 manatdan 1.76 manata, Bank BTB satışı 1.72 manatdan 1.77 manata qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
37 d. əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
4 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl