Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AMİNOL Sürtkü Yağları Zavodunun nümayəndələri beynəlxalq sertifikat alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMİNOL Sürtkü Yağları Zavodunun nümayəndələri beynəlxalq sertifikat alıb

(®) AMİNOL Sürtkü Yağları Zavodunun istehsalat müdiri Emel Kuşku və baş laborantı Aytən Məhərrəmli 9-11 aprel tarixlərində dünyanın ən böyük kimyəvi qatqı istehsalçılarından biri olan “Lubrizol Corporation” şirkətinin “Lubrizol Hazelwood” Araşdırma və İnkişaf mərkəzində təşkil etdiyi “Lubrication Fundamentals Conference”/“Sürtkü yağlarının Əsasları” konfransında iştirak etmişdir.

 

Bu mərkəz 1947-ci ildə İngiltərədə qurulmuşdur. Burada minik və yük maşınlarında, gəmilərdə və hətta hidravlik sistemlərdə sahə testləri dünya miqyasında həyata keçirilir. Bu testlər performansı, dayanıqlılığı, yanacaq təsərrüfünü təmin edir və OEM müştərilərinin tələblərini dəstəkliyir.

 

3 gün davam edən konfransda baza yağları və qatqılar, sürət qutusu və avtomobil mühərrikləri, traktorlar, sənayedə istifadə olunan dişli çarxlar, hidravlik sistemlər və kompressor yağlarının spesifikasiyaları, antifriz və yanacaqlar barədə konfrans keçilib və müzakirələr aparılıb. Konfransın 3-cü günündə “Lubrizol Hazelwood” Araşdırma və İnkişaf mərkəzində gəzinti təşkil edilmiş, iştirakçılar qatqılar üzərində aparılan kimyəvi və fiziki testlər, bu testlərdə istifadə edilən avadanlıqlar və mühərriklər üzərində aparılan mexaniki testlərlə tanış olmuşlar.

 

Tədbirdə “Lubrizol Corporation” şirkəti ilə yanaşı, “VALVOLINE”, “ESCOM”, “MORRIS Lubricant”, “GAZPROM”, “LUKOIL” kimi nəhəng şirkətlərin nümayəndələri də iştirak etmişdir.

 

Tədbirin sonunda Emel KuşkuAytən Məhərrəmli beynəlxalq sertifikat almışdır.

18.04.2019 07:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ