Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq - DƏYƏRİ
Yaponiyanın “Mori Building” tikinti şirkəti Tokionun mərkəzində “Gündoğar ölkə”nin ən hündür göydələnini inşa edəcək.
Paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin “Toranomon-Azabuday” adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.
2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.
Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.
Əlavə olaraq bildirilir ki, həmin layihəyə ümumilikdə 3 tikili daxildir. Digər tikililərdə elit otel, beynəlxalq məktəb və müxtəlif dillərdə səhiyyə xidmətləri təklif edən xəstəxana yerləşəcək. Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
34 d. əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
38 d. əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
43 d. əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
1 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
2 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 3 saat əvvəl