ABŞ-da neft qazma qurğularının sayı azalıb
Neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik məlumatına görə, ABŞ-dakı neft qazma qurğularının (qüllələrinin) sayı 17-23 Avqust həftəsində bir əvvəlki həftəyə nisbətən 16 ədəd azalaraq 754-ə geriləyib.
Sözügedən azalma 20-26 Aprel həftəsindən bu yana ən böyük həftəlik azalmadır.
ABŞ-dakı neft qazma qurğuları son 8 həftədə 7-nci dəfə azalıb.
ABŞ-dakı neft qazma qurğularının sayı 2018-ci ilin Yanvar ayından bu yana ən aşağı səviyyəsinə geriləyib.
Neft qazma qurğusu sayında azalmaya baxmayaraq, ABŞ ilə Çin arasındakı ticarət gərginliyin yenidən artması qlobal neft tələbatına və xam neftin qiymətlərinə mənfi təsir edir.
Brent neftin barrel qiyməti dünən 1,32 faiz ucuzlaşma ilə 59,13 dollardan, Qərbi Texas (WTI) nefti isə 2,53 faiz ucuzlaşma ilə 53,95 dollardan bağlanıb.
Neft qazma qurğularının sayı ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilir. Qazılan quyuların sayının artması neft hasilatının da artması ilə nəticələnə bilər.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Bu qurğu ilə neft quyuları qazılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
20 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
21 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 22 saat əvvəl