Abdula məxsus lizinq şirkətində böyük tənəzzül
100 faiz İsmayılov Abdula məxsus olan “Union Lizinq” ASC 2019-cu ilin ilk 6 ayını 323 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin mənfəəti 15,4% azalıb. Belə ki, “Union Lizinq” 2018-ci ilin ilk 6 ayını 382 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfətin azalması gəlirin azalması ilə bağlıdır.
“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Union Lizinq”in cəmi gəliri 368 min manat təşkil edib. Bu gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə azdır. Belə ki, “Union Lizinq” 2018-ci ilin yanvar-iyun dövründə 1 milyon 742 min manat cəmi gəlir əldə etmişdi.
30 İyun 2019-cu il tarxində “Union Lizinq” 4 milyon 547 min manat yığılmış zərərə malik olub.
ŞİRKƏT KİÇİLİB
2019-cu ilin 1-ci yarısının yekununda “Union Lizinq” 11 milyon 993 min manat cəmi aktivlərə malik olub. Son 6 ildə şirkətin aktivləri 18% azalıb. Aktivlərin azalmasının əsas səbəbi qısamüddətli debitor borcların (lizinq portfeli) 24% azalaraq 7 milyon 427 min manata düşməsilə bağlıdır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
19 d. əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
3 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 22 saat əvvəl
- 23 saat əvvəl