Azərbaycana "Ессентуки" mineral sularını gətirən şirkət cərimələnib
Qaradağ Rayon Məhkəməsində "Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən 2115 manat) məbləğində cərimə edilməsi barədə qərar çıxarılıb.
Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Fl Trans” MMC Rusiyadan “Ессентуки №4” və “Ессентуки №17” mineral sularının tədarükünü həyata keçirən şirkətdir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
9 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
9 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
10 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
11 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 11 saat əvvəl
- 11 saat əvvəl