Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qızılda bahalaşma, neftdə ucuzlaşma ehtimalları güclü qalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılda bahalaşma, neftdə ucuzlaşma ehtimalları güclü qalır

Beynəlxalq maliyyə bazarlarında ticarət aktivliyinin artmasının gələcək günlərdə də davam edəcəyi proqnozlaşdırılır.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının yeni maliyyə qərarından sonra EUR/USD məzənnəsi 1.11$-a kimi bahalaşıb. Bankın iqtisadiyyata dəstək olması üçün istiqraz alışı proqramını bərpa etməsi, investorlar tərəfindən müsbət qarşılanıb. 

 

Lakin dünyada cari iqtisadi və siyasi risklər, xüsusilə də sazişsiz Breksit ehtimalları artarsa, bu, yenidən avronun ucuzlaşmasına səbəb ola bilər. 

 

Qızılda bahalaşma ehtimalları gündəmdə. 

 

Əlvan metallar birjalarında da qızılın qiyməti 1498$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1479$-ın üzərində qaldıqca, 1557$-a kimi bahalaşma ehtimalları güclü olaraq qalır. 

 

Neft qiymətləri təzyiq altındadır

 

Enerji birjalarında isə neft qiymətləri dünya iqtisadiyyatının zəifləməsi ilə əlaqədar olaraq tələbin azalması fonunda təzyiq altındadır. Bununla yanaşı, İraq və Nigeriyanın son vaxtlar iyul ayında qərara alınan “OPEC+” razılaşmasına da sadiq qalmamaları və Amerikanın ucuz şist nefti ilə bazarda təklifi artırması, qiymətlərin ucuzlaşmasına səbəb olur. 

 

Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti ucuzlaşaraq, bu gün 60$-a ticarət edilir. Təhlillərə əsasən, 59$ dəstək səviyyəsi də qırılarsa, qiymətlər 56$-a kimi dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

13.09.2019 07:31

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ