Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə bazarlarında son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında son vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya maliyyə bazarlarında bu həftə Amerika və İngiltərə mərkəzi bankların faiz qərarları və Yaxın şərqdə siyasi böhranlar diqqət mərkəzində olacaqdır.


 

EUR

Avropa Mərkəzi Bankı keçən həftə bankları mənfi əmanət faizlərindən azad etdikdən sonra EUR/USD məzənnəsi də 1.11$-a kimi bahalaşmışdır. Bahalaşmaya Amerika ilə Çin arasında ticarət böhranının həllinə dair ümidlərin artması da təsir edib. 

 

Lakin bununla yanaşı, Avrozona üzrə inkişaf proqnozları da azaldılıb və dünya və Avrozona iqtisadiyyatları üzrə risklər qalmaqdadır. Beləliklə, avronun yenidən 1.10$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

 

Bu həftə investorların diqqət mərkəzində olan ən böyük hadisə isə Amerika Mərkəzi Bankının faiz qərarıdır və maliyyə bazarlarında faiz azaldılmasına gedilə biləcəyi ehtimalları da artıb. 

 

GBP

Avropa və Amerika mərkəzi bankları faiz qərarlarını açıqladıqdan sonra cümə axşamı da İngiltərə mərkəzi bankı qərarını açıqlayacaqdır. Mediada İngiltərə və Avropa Birliyi arasında Breksit sazişi üzrə əsas problem yaradan bekstop maddəsinin də əvəz edilə biləcəyi ehtimalları artıb. Lakin buna dair rəsmi qərarın açıqlanmasına kimi 1.25$-a kimi bahalaşan GBP/USD məzənnəsində, 1.22$-a kimi korreksiya proqnozlaşdırılır. 

 

TRY

Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini azaltdıqdan sonra USD/TRY məzənnəsi 5.65TL-yə kimi ucuzlaşsa da iqtisadi və siyasi risklərə dair gözləntilərin artması, məzənnənin 5.74TL-yə kimi bahalaşmasına səbəb olub. Dünyada neft qiymətlərində ani bahalaşma dalğaları inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına yük olmaqla yanaşı, yaxın şərqdə hərbi böhranların artması da riskləri artıra bilər. Lakin bunlara dair ehtimallar zəif olaraq qalır. 

 

Cari təhlillər qiymətin yenidən 5.66TL-yə kimi bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 

 

OIL

Səudiyyə Ərəbistanının iki neft zavoduna edilən hücum nəticəsində dünya enerji bazarında təklifin 5% azalması ilə yanaşı, Avropanın Brent neftində də 66$-a kimi güclü artım dalğası müşahidə edilib. Sonuncu səviyyədə müqavimətlə rastlaşan bir barel üzrə qiymət, yenidən ucuzlaşmağa başlayıb və 60$-a kimi də dəyər itirə bilər. 

 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Səudiyyə Ərəbistanın neft zavodlarına edilən hücumlar, Yaxın Şərqdə ölkələr arasında böhranın genişlənə biləcəyi ehtimallarını artırıb. Nəticədə, əlvan metallar bazarlarında qızıla olan tələb artaraq, ucuzlaşma dalğası zəifləyib. Təhlillər cari korreksiya dalğasının 1474$-a (47.4 $/qram) kimi dərinləşə biləcəyini ehtimallaşdırmağa əsas verir. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

16.09.2019 07:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ