Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qazaxıstan şirkəti Azərbaycanda 3 elan saytı alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan şirkəti Azərbaycanda 3 elan saytı alıb

Qazaxıstanın "Kaspi.kz" şirkəti üç elan saytı alaraq Azərbaycan bazarına çıxıb.

 

Reklam_3_11

Bu barədə müsahibəsində Kaspi.kz”-nin İdarə Heyətinin sədri Mixail Lomtadze deyib.

 

“Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, “Kaspi.kz” innovasiyalarının Azərbaycana ixracına başlamışıq", - deyə M.Lomtadze bildirib.

 

Onun sözlərinə görə, “Kaspi.kz” ortamüddətli perspektivdə Mərkəzi Asiyada və Qafqazda biznesini daha da inkişaf etdirməyi planlaşdırır.

 

“Orta Asiya və Qafqaz 85 milyon nəfəri əhatə edir. Ətrafımızdakı bütün bazarları maraqla müşahidə edir və həm bu bazarların cəlbediciliyi, həm də inkişaf tempi üzrə bir sıra amillərin üst-üstə düşməsini gözləyirik. Əsas lokomotivimiz mobil tətbiqdir, müvafiq olaraq biz texnoloji cəhətdən də inkişaf etməyi planlaşdırırıq və infrastrukturun məqbul vəziyyətdə olması bizim üçün vacibdir. Qazaxıstan bazarı 18,5 milyon nəfəri, Azərbaycan bazarı isə 10 milyon nəfəri əhatə editr. Vaxtı çatanda digər bazarlara da çıxacağıq”, - deyə sədr qeyd edib.

 

2018-ci ildə “Kaspi.kz” 40,9% payla Qazaxıstanın e-commerce bazarında ən iri oyunçu olub.

 

Onun səhmdarları “Baring Vostok Funds” (35%), Kim (32%), Lomtadze (29%) və “Goldman Sachs”dir (4%).

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “İnterfaks”

17.09.2019 12:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ