Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Keyfiyyəti qiymətlə ölçülməyən Redmi 8A təqdim edildi - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Keyfiyyəti qiymətlə ölçülməyən Redmi 8A təqdim edildi - QİYMƏTİ

“Marja.az” bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim edir.


 

Öz seqmentində bir sıra telefon markalarını geridə qoyan Xiaomi ard-arda yeni məhsullarının təqdimatını keçirib.

 

Müxtəlif təbəqəni hədəf olaraq seçən Xiaomi "yüksək məbləğə təklif edilən keyfiyyətə bərabər minimal məbləğli telefonu" - Redmi 8A-nı təqdim edib. 2019-cu ilin may ayında təqdim edilmiş Redmi 7A kimi 8A da az büdcəli təbəqə üçün düşünülmüş telefondur. Redmi 8A-nın özəllikləri isə onu heç də digər telefonlardan geridə qoymur. Belə ki, 5000 mAh batareya gücünə sahib olan bu telefonun ekran ölçüsü 6.2 inc, çəkisi isə 188 q olaraq göstərilmişdir. 

 

Gsmarena-nın verdiyi məlumata əsasən 512 GB xarici yaddaş qurğusu qəbul edən Redmi 8A 2/16 GB və 3/32 GB daxili yaddaşa sahibdir. Əsas kamerası 12, ön kamerası isə 8 MP olan Redmi 8A-da həmçinin "face unlock", yəni üz cizgiləri ilə ekranı açardan çıxarmaq özəlliyi də var.

 

Hindistan bazarına tam sahiblik etmək və oradakı müştərilərinin rəğbətini daha çox qazanmaq üçün Redmi 8A-nın təqdimatı Hindistanda gerçəkləşmişdir. Bunu Twitterdə Redmi-nin Hindistan üzrə fəaliyyət göstərən səhifəsi elan etmişdir.

Redmi 8A Çinin Telekomunikasiya Sertifikatlaşdırma Mərkəzində (TENAA) testlərdən keçməsi telefonun keyfiyyətinə bir daha zəmanət verir. 

 

Sözü gedən telefon 91 dollardan başlayan qiymətlərlə sentyabrın 29-undan etibarən satışa çıxacaqdır. 

 

26.09.2019 10:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ