Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1 milyard dollarlıq layihəyə auditor axtarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 milyard dollarlıq layihəyə auditor axtarılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərişıq” ASC Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirdiyi “Elektrikpaylayıcı şəbəkənin yenidənqurulması”na dair İnvestisiya Proqramı çərçivəsində auditor seçir. Bu barədə ASC-dən məlumat verilib.

 

Podratçı 31 dekabr 2016-cı il - 31 dekabr 2019-cu illəri əhatə edən dövr ərzində Proqram çərçivəsində ilk layihınin hesablamalarının auditini həyata keçirməlidir. Seçim açıq tender üsulu ilə həyata keçirilir. Təkliflər aprelin 5-dək qəbul olunur.

 

2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə 1 mlrd. dollar məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.

 

Memoranduma əsasən, AİB 750 mln. dollar məbləğində çoxtranşlı kredit, Azərbaycan hökuməti isə  250 mln. dollar vəsait ayıracaq.

 

© İnterfaks-Azərbaycan

28.03.2017 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ