Brent nefti 54 dollara doğru

Foreks bazarlarında investorların diqqəti cümə gününə yönəlməklər yanaşı, enerji birjalarında neft qiymətlərinin ucuzlaşması da böyük maraqla izlənilir.


 

ABŞ-ın əmək bazarı göstəriciləri diqqət mərkəzində

 

Beynəlxalq valyuta birjalarında cümə günü yaxınlaşdıqca, investorların ehtiyatlı ticarəti müşahidə edilir. Buna səbəb isə Amerikadan dərc ediləcək əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlardır. 

 

Avro və Funta artan maraq qısa müddətli ola bilər

 

Bu, EUR/USD və GBP/USD məzənnələrində 1%-ə kimi bahalaşmalara təsir edib. Lakin bahalaşma müvəqqəti qiymətləndirilir və avronun 1.09 və funtun 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın xidmət sektoru ilə bağlı yayımlanacaq göstəricilər də böyük maraqla gözlənilməkdədir. 

 

Brent nefti ucuzlaşmaqda davam edir və 54$ da görülə bilər

 

Qlobal iqtisadi inkişafa dair gözləntilərin böyük maliyya təşkilatlar tərəfindən azaldılması və açıqlanan mənfi fundamental göstəricilər enerji birjalarında neftə olan tələbi də azaldır. 

 

Avropanın Brent nefti artıq 58$-a ticarət edilir və 54$-a kimi də dəyər itirə biləcəyi ehtimal edilir. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

3 Oktyabr 2019 , 09:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin