Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Funt-sterlinq "Brexit müqaviləsi" ilə bahalaşdı, dollar ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Funt-sterlinq "Brexit müqaviləsi" ilə bahalaşdı, dollar ucuzlaşdı

Funt-sterlinq Dollar qarşısında, Böyük Britaniya ilə Avropa İttifaqının (Aİ) Brexit məsələsində razılaşdığı bardə xəbərlərin ardından beş ayın ən yüksək səviyyəsinə qalxıb.
 

"Marja" xəbər verir ki, Sterlinq/dollar məzənnəsi, Böyük Britaniyanın Baş Naziri Boris Consonun və Aİ Komissiyasının Prezidenti Jean-Claude Junckerin razılığa gəldiyini təsdiqləməsinin ardından 1.29 səviyyəsini aşıb.

 

Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının (DUP) mövqeyinin dəyişmədiyi, müqavilənin hələ də İngiltərə Parlamentindən keçməsi lazım olduğu bildirilib. 

 

Sterlinq/dollar məzənnəsi, 1.2990-nı görməsinin ardından 0.40 faiz artımla 1.2882-dən alıcı tapıb (Bakı vaxtı ilə saat 15:00-a olan məlumat) .

 

Avro da funt-sterlinq ilə birlikdə yüksələrək texniki müqavimət səviyyəsini aşıb. Avro/dollar məzənnəsi 0.40 faiz artımla 1.1114 səviyyəsindən əməliyyat olunub. 

 

Dolların mühüm valyutalar qarşısındakı dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi 0.30 faiz azalma ilə  1198.63-ə düşüb və 26 İyuldan bu yana ən aşağı səviyyəsini görüb.
 

Dollar, Avstraliyada işsizlik nisbətinin aşağı düşməsilə Avstraliya və Yeni Zelandiya valyutaları qarşısında iki aydan uzun bir müddətin ən aşağı səviyyəsinə enib.

17.10.2019 13:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ