Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yaşıl Kart üzrə sığorta ödənişləri kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaşıl Kart üzrə sığorta ödənişləri kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Sığorta Bürosu (Büro) 2019-cu ilin ilk doqquz ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatı təqdim edir.

 

Reklam_3_11

Büronun verdiyi məlumata görə, cari ilin yanvar – sentyabr ayları ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib sığortaçılar tərəfindən 39 509 sığorta şəhadətnaməsinin satışı həyata keçirilmişdir. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18% artım deməkdir.

 

Büro bildirir ki, hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 2 milyon 240 min 973 manat təşkil etmişdir. 

 

Digər tərəfdən, cari ilin ilk doqquz ayı ərzində 206 sığorta hadisəsi üzrə 790 933 manat sığorta ödənişi həyata keçirilmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 23% artım qeydə alınmışdır.

 

Qeyd edək ki, Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

21.10.2019 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ