Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AFB Bank"da çoxsaylı vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AFB Bank"da çoxsaylı vakansiyalar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1. AFB Bank Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

Ünvan: Bakı, Gəncə, Qəbələ şəhərləri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;

- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

- Sahəyə aid olan qayda və normativləri bilmək;

- Gərgin iş qrafikində işləmək bacarığı;

- Maliyyə və kredit analizi bilikləri;

- Yaxşı ünsiyyət bacarığı;

- Müştəri bazasını idarəetmə bacarığı;

- Filiala cəlb edilən təcrübəçilərin hazırlanması, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılması;

- Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;

- Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

- Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

 

- Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,

- Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;

- Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;

- Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis” qeydi edərək[email protected]elektron ünvanına göndərməyini xahiş edirik.

 


 

2.AFB Bank Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə:Mütəxəssis/Kiçik mütəxəssis


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

Ünvan: Bakı  və Qəbələ şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

- Ali təhsil;

- Müvafiq sahədə 1 il iş təcrübəsi;

- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;

- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;

- Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;

- Satış və təqdimat bacarığı;

- MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

 

- Potensial mikro biznes müştərilərin cəlb olunması, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;

- Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;

- Mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;

- Kredit sənədlərinin hazırlanması;

- Kredit portfelinin nəzarəti və idarə olunması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis” qeydi edərək[email protected]elektron ünvanına göndərməyini xahiş edirik.

 


 

3.AFB Bank İstehlak kreditləri üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Kiçik Mütəxəssis


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

- Ali təhsil;

- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;

- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;

- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;

- MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;

 

İŞİN TƏSVİRİ:

 

- Kredit müraciətlərinin qəbulu və analizi;

- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;

- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;

- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;

- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;

- Verilmiş kreditlərin monitorinqinin aparılması;

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

 


 

4. AFB Bank Korporativ Bankçılıq Strukturuna Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Baş mütəxəssis/ Aparıcı mütəxəssi/ Mütəxəssis


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

Ali təhsil;

 

- Bank sahəsində ən az 2-3 il iş təcrübəsi (Müştəri xidmətləri, korporativ satış, marketinq strukturlarında);

- Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır);

- Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;

- MS office proqramlarında işləmək bacarığı;

 

İŞİN TƏSVİRİ:

 

- Potensial müştərilərin müəyyənləşdirilməsi;

- Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;

- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabatların hazırlanması;

- Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidməti strukturlarına yaxından köməklik göstərilməsi;

- Mütəmadi olaraq korporativ müştərilərlə görüşlər və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;

- Müştəri ziyarətlərinin həyata keçirilməsi və lazım olduğu halda iri korporativ müştərilərlə bank rəhbərliyinin  görüşünün təşkil olunması;

- Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və  kredit komissiyasına  çıxarılmasını təmin etmək;

- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni aparmaq, o cümlədən ipoteka, zəmanət və s. müqavilələri rəsmiləşdirmək; 

- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;

- Kredit portfelinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar hazırlamaq;

- Çarpaz satış imkanlarının araşdırılması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

 


 

5. AFB Bank Hüquq Strukturunun hüquqşünası vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Hüquqşünas

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

- Ali hüquqi təhsil;

- Mülki və bank qanunvericiliyi bilikləri;

- Bankda hüquq sahəsi üzrə ən az 1 il iş təcrübəsi;

- MS Office proqramlarından istifadə bacarığı;

- Mükəmməl Azərbaycan dili biliyi;

- Qərarvermə və komandada işləmək bacarığı;

 

İŞİN TƏSVİRİ:

 

- Bankın bağladığı mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, müqavilələrə viza verilməsi;

- Bankın bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya qurumlarında təmsil edilməsi;

- Qanunverici aktlar üzrə şərh və izah verilməsi;

- Bankın idarəetmə orqanlarının iclaslarında katib funksiyasının icra edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq strukturunun hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

 

31.10.2019 15:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ