Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Embafinans" 1 ildə 2 dəfə böyüdü – QAZANCI KƏSKİN ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Embafinans" 1 ildə 2 dəfə böyüdü – QAZANCI KƏSKİN ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2019-cu ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti 84% artıb. “Embafinans” 2018-ci ilin 9 ayında 1 milyon 431 min manat xalis mənfəət əldə etmişdi.

 

“Marja” təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, xalis mənfəətin artması müştərilərə verilən kreditlərin artması ilə gəlirlərin sürətli artımından qaynaqlanır. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Embafinans”ın faiz gəlirləri 54% artaraq 6 milyon 124 min manat, haqq və komissiya gəlirləri isə 13% artaraq 1 milyon 101 min manat təşkil edib.

 

Ötən ilin Sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi.

 

Müştərilərə verilən kreditlərin kəskin artması ilə əlaqdar olaraq “Embafinans” böyüyüb, BOKT-un aktivləri 75% artaraq 44 milyon 746 min manata çatıb.

 

"Embafinans" 2012-ci ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 10 milyon manatdır. 

06.11.2019 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ