Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıda məşhur zavoda etiraz - "HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda məşhur zavoda etiraz - "HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan vətəndaşlarının İsveçrə şirkətinə narazılığı artır 


 

Reklam_3_11

Bu gün "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Qeyd edək ki, “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir. “Holcim Azərbaycan” Qaradağ sement zavodunu idarə edir. 

 

Səhmdarlar hüquqlarının pozulmasından və dividend ödənilməməsindən şikayət edirlər:

 

“Holcim Azərbaycan” 20 il ərzində cəmi 4 dəfə dividend ödəyib. Şirkətin təxminən 95 milyon manat bölüşdürülməmiş mənfəəti var, həmin vəsaitdən səhmdarlara dividend ödəməlidirlər. Təxminən 320 narazı səhmdar var. Biz dəfələrlə zavod rəhbərliyi ilə görüşüb, fikirlərimizi bildirmişik. 20 il ərzində elə bir vəziyyət yaradıblar ki, çoxları səhmlərini satıb, 14%-dən 7%-ə düşmüşük. Məktublar yazırıq, suallar veririk, cavab vermirlər. 1 ton sementin maya dəyərini,  satış qiymətini, ödənilən vergilər barədə məlumatları ala bilmirik. Hüquqlarımız pozulur. Hazırda zavod işləyir, xalis mənfəət əldə edir. Biz zavodun səhmdarları olaraq dividend tələb edirik”.

 

Şikayətçilərin sözlərinə görə, “Holcim Azərbaycan” ASC yeni zavodun tikintisi üçün aldığı borca görə dividend ödəyə bilmədiyini bildirir:

 

“Bizə bildirilib ki, zavodun tikilməsi üçün avro ilə kredit götürülüb. Sonradan Manat  ucuzlaşıb  və şirkətə ziyan dəyib. Bu səbəbdən divided ödənilmir.

 

“Holcim Azərbaycan” ASC bizim şikayətlərə baxmır. Biz tələbimizi İsveçrə səfirliyi vasitəsilə LafargeHolcim” şirkətinə çatdırmaq istəyirik".

 

Şikayətçilər qətnaməni səfirliyə təqdim ediblər. Eyni zamanda, məsələ barədə Prezident Administrasiyasına da məlumat verilib.

06.11.2019 15:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ