Ulduz şokolad fabriki Nar festivalında iştirak edib
(®) Ulduz şokolad fabriki 9-10 Noyabr tarixlərində Göyçayda XIV Nar festivalında iştirak edib.
Göyçay rayon mərkəzində təşkil olunan Nar festivalında dövlət və hökümət nümayəndələri, yerli və xarici iş adamları, beynəlxalq təşkilat əməkdaşları da daxil olmaqla minlərlə insan iştirak edib.
Festival çərçivəsində yerli məhsullardan ibarət satış-yarmarkasında Ulduz şokolad fabrikinin istehsalı olan bol südlü, xalis şokolad örtüklü “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xalada”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Ritm” meyvə püreli karamelləri, jele tipli “Jellini”, “Medova” konfetləri, “Favo” şokoladları yerli əhali və qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir. Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 33 d. əvvəl
-
43 d. əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 4 saat əvvəl