Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan hava limanlarında yeni rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hava limanlarında yeni rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord həddə çatıb.


 

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil etmişdir ki, bu da son illərin rekord göstəricisidir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, bunun 4 milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

 

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərmişdir, Gəncənin hava limanı isə – 127 min sərnişin ilə üçüncü olmuşdur.

 

Sözügedən müddət ərzində milli aviadaşıyıcı – AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşımışdır.

 

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 418 min sərnişin), “FlyDubai” (BƏƏ, 207 min), “Aeroflot” (Rusiya, 167 min), “AirArabia” (BƏƏ, 141 min), “UIA” (Ukrayna, 107 min), “Qatar Airways” (Qətər, 90 min), “Lufthansa” (Almaniya, 59 min) və “SCAT” (Qazaxıstan, 52 min) daxil olmuşdur.

 

2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

 

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 

12.11.2019 09:31

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ