“İnvestAZ”ın nümayəndəsi Bakı Avrasiya Universitetinin tələbələrinə mühazirə oxuyub
"İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin əməkdaşları Bakı Avrasiya Universitetinin (BAAU) iqtisadiyyat üzrə təhsil alan tələbələr ilə görüşüblər.
Universitetdə təşkil olunan tədbirdə BAAU-nun dosenti, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Seyfullayev gələcəyin iqtisadçıları olacaq hər bir tələbənin dünyanın maliyyə bazarlarında cərəyan edən proseslər və ona təsir edən amillər haqqında bilikli olmasının zəruriliyini vurğulayıb. O deyib: “Bu dayanıqlı inkişaf və maliyyə sabitliyinin qorunması üçün vacib sahədir”.
Sonra “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin təhsil üzrə meneceri Rövşən Məmmədov “Maliyyə bazarlarında praktiki vəziyyət” mövzusunda geniş mühazirə oxuyub. O, mühazirəsində müvafiq sahədə tələbələrə ətraflı və mövzunun mahiyyətini açıqlayan məlumat verib. R.Məmmədov çıxışı zamanı birjalar, birjaların növləri, birjaların iştirakçıları, birjada ticarətin növləri, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanları, marjinal ticarət, kredit çiyni, “Meta Trader 4” ticarət proqramı, “Best İnvestor” və s. məsələləri geniş şərh edib. O, nəzəri fikirlərini praktik misallarla izah edərək maliyyə bazarlarının idarə edilməsi və orada baş verən silkələnmələrə təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı indikatorları da açıqlayıb.
Sonda tələbələrin suallarına cavab verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
11 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 11 saat əvvəl
-
12 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 12 saat əvvəl
-
14 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
15 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir