Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Çin bizimlə müqavilə bağlamaq üçün ölür; Razılaşma olmasa tarifləri artıracam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin bizimlə müqavilə bağlamaq üçün ölür; Razılaşma olmasa tarifləri artıracam"

Tramp: Çin ilə razılaşa bilməzsək gömrük tarifləri artacaq 


 

ABŞ Prezidenti Donald Tramp, Çin ilə razılaşmamaları vəziyyətində, gömrük tariflərinin ciddi yüksəldiləcəyini söyləyib.

 

"Marja" xəbər verir ki, Tramp, Çərşənbə axşamı günü "Economic Club of New York"da etdiyi çıxışında, "Əgər müqavilə bağlamayacaqsaq, tarifləri əhəmiyyətli ölçüdə artıracağıq. Tariflər çox böyük ölçüdə artacaq və bu vəziyyət bizə səhv davranan digər ölkələr üçün də keçərli olacaq" deyib. 

 

Tramp, "Ticarət razılaşmasını yalnız Amerikan işçiləri və məhsulları üçün faydalı və yaxşısa imzalayacam" deyərək, "Çin bizimlə müqavilə bağlamaq üçün ölür. Birinci mərhələ ticarət razılaşmasına çox yaxınıq, çox yaxında reallaşa bilər" deyib.

 

ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping, ticarət razılaşmasının birinci mərhələsini, bu ay Çilidə keçirilməsi planlaşdırılmış APEC Zirvəsində imzalamağı nəzərdə tuturdular. Lakin zirvə Çilidəki ictimai hadisələrə görə ləğv edilib.

13.11.2019 06:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ