Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda ilk dəfə dünyanın ən nüfuzlu biznes konsultantlarından birinin iştirakı ilə biznes forum keçirilib!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda ilk dəfə dünyanın ən nüfuzlu biznes konsultantlarından birinin iştirakı ilə biznes forum keçirilib!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Volvo”, “Visa”, “Bank of America”, “Coca-Сola”, “Sberbank” kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizes Bakıda keçirilən “Təşkilatın uğur formulu” adlı biznes forumda çıxış edib.

 

Reklam_3_11

Dünya şöhrətli eksperti bu forumda 200-dən çox şirkət qurucusu və böyük şirkətlərin aparıcı vəzifələrində çalışan nümayəndələri dinləyib.

 

İtsxak Adizes bazarda lider olmağın, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşma kimi şirkət inkişafında əhəmiyyətli rol oynayan mövzulardan danışıb. O, çıxışında fərqli insanları bir araya gətirərək onlardan güclü komanda yaratmağın effektivliyini də vurğulayıb.

 

“Holmes Report” şirkəti Roma Papası Fransisk, Dalay Lama, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo ilə yanaşı Dr. İtsxak Adizesi “2017-ci ilin ən yaxşı ünsiyyətcili” adlandırıb. Bunu təsadüf adlandırmaq olmaz. Menecment sahəsinin əfsanəsi, dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri olan İtsxak Adizes 52 ölkədə 2000-dən çox təşkilatın tətbiq etdiyi metodologiyanın müəllifidir.

 

Dr. İtsxak Adizesin zəngin təcrübəsinə hökumət və dövlət rəsmiləri ilə iş də daxildir. O, İsrail, İsveç, Braziliya, Meksika, Çernoqoriya, Qazaxıstan kimi hökumət üzvlərini konsultasiya edərək, məsləhətlərini verib.

 

“Təşkilatın uğur formulu” forumunda İtsxak Adizes ilə yanaşı sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun konsultantı və təlimçisi Pavel Belorusski də çıxış edib. O, Adizes metodologiyasının praktiki alətləri barədə danışıb. Forumda bu metodologiyanı artıq öz şirkətlərində sınaqdan keçirən rəhbərlər bu təcrübəni tədbir iştirakçıları ilə paylaşıblar.

 

“Təşkilatın uğur formulu” forumunun sonunda tədbir iştirakçılarının dünya şöhrətli ekspertlə sual-cavab sessiyasında iştirak etmək fürsəti də olub.

 

Forumun baş sponsoru – Pasha Bank, sponsorları – GILAN HoldingItaldizain. Partnyorlar – ADA Foundation, Express Group, ABTC

13.11.2019 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ