Lirə və Türkiyə bazarı kritik görüşü gözləyir

Dünən 5.77 səviyyələrində hərəkət edən, günü də bu səviyyədə başa vuran Dollar/Türk Lirəsi məzənnəsi Ərdoğan - Tramp görüşü əvvəli dəyişməz qalır.


 

Həftənin əvvəlindən bu yana 5.77 lirə ətrafında dalğalanan Dollar/TL məzənnəsi yeni günə də bu səviyyədən başlayıb.

 

BIST 100 İndeksi dünəni 0.8% artım ilə tamamlayıb.


"Marja" xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın  Vaşinqtonda keçirəcəyi görüş Türkiyə aktivləri baxımından kritik olacaq. Axşam saatlarında baş tutacaq görüşdə ana gündəm maddəsi Suriya olacaq. 100 milyard dollarlıq ticarət həcmi hədəfi, S-400 mövzusu da görüşün əhəmiyyətli gündəm maddələri arasında yer alır.

 

Görüşdən müsbət bir nəticənin çıxmasının TL-nin dəyər qazanımasına səbəb olacağı bildirilir. Belə bir ssenaridə məzənnə 5,72 və 5,70 səviyyələrindən aşağı düşə bilər.

 

Danışıqların mənfi keçməsi vəziyyətində isə Dolların 5,80 lirə səviyyəsini aşacağı gözlənilir.

13 Noyabr 2019 , 11:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin