Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

15,7 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
15,7 milyard manatı "yedik-içdik"

Ticarət şəbəkəsində orta hesabla bir ölkə sakininin xərclədiyi aylıq məbləğ 14,1 manat artıb.


 

Dövlət Statistika Komitəsinə görə, 2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək 31,1 milyard manata bərabər olmuşdur.

 

Ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artmışdır.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

31 122,9

103,1

o cümlədən:

ərzaq məhsulları

14 271,6

102,8

içkilər və tütün məmulatları

 1 470,2

101,6

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 686,9

103,5

elektrik malları və mebellər

1 898,5

102,5

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

248,9

102,3

əczaçılıq və tibbi mallar

414,0

103,1

avtomobil yanacağı

1 734,7

102,0

digər qeyri-ərzaq məhsulları

5 398,1

104,0

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 7,9 faiz azalmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olmuşdur.

 

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

15.11.2019 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ