Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İcra başçısı "Holcim Azərbaycan"dan şikayət edən səhmdarları qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra başçısı "Holcim Azərbaycan"dan şikayət edən səhmdarları qəbul edib

Xəbər verdiyimiz kimi "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları hüquqlarının pozulmasından və uzun illərdir dividend ödənilməməsindən şikayət edirlər. ASC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra səhmdarlar Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdilər.

 

"Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları dövlət qurumlarının qapılarını döyməyə başlayıblar. “Marja” xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şikayətçiləri qəbul edib. Əldə etdiyimiz məlumata görə, İcra başçısı, fiziki şəxs səhmdarların arxasında olduğunu, onlara  qarşılaşdıqları problemin həllinə kömək göstərəcəyini bildirib. Səhmdarların üzləşdikləri vəziyyət haqqında İqtisadiyyat Nazirliyi məlumatlandırılacaq, onlar məhkəmədə vəkil ilə təmin ediləcəklər.

 

Sabah səhmdarlar Sahil qəsəbəsində yığıncaq da keçirməyi nəzərdə tuturdular. İcra başçısı Süleyman Mikayılovun vədlərindən sonra yığıncaq təxirə salınıb.

 

Qeyd edək ki “Holcim Azərbaycan” ASC-nin təxminən 320 narazı fiziki şəxs səhmdarı var. Onlar şirkətin 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti hesabına paylarına uyğun dividend ödənilməsini tələb edirlər.

 

Qaradağ sement zavodunu idarə edən “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir.   

 

“Holcim Azərbaycan” ASC 10 ilə yaxındır səhmdarlara dividend ödəmir. Dividendin ödənilməməsinə zavodun borclu olması göstərilir.

 

NAĞD PUL 17%-DƏN

 

Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda  "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.

 

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.

16.11.2019 07:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ