Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda İnternetdə bazar araşdırmaları yerləşdiriləcək, biznes subyektləri üçün açıq olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda İnternetdə bazar araşdırmaları yerləşdiriləcək, biznes subyektləri üçün açıq olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) öz təşəbbüsü ilə də iqtisadiyyatın prioritet sahələri üzrə daxili bazar araşdırmaları hazırlatdıracaq. Həmin araşdırmalar bütün biznes subyektləri üçün açıq olacaq 

 

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

 

Agentliyin sədri bildirib ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlim və seminarlarda iştirak etmək, müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalana bilər.

 

"Daxili bazar araşdırmalarının aparılması prosesini qısaca təsvir etsək, ilkin olaraq sahibkar onu maraqlandıran sahə üzrə bazar araşdırmasının aparılması üçün nümunəvi ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada KOBİA-ya müraciət edir. Sahibkarın müraciəti Agentlikdə yaradılmış İşçi Qrupu tərəfindən dəyərləndirilir və müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərə sifariş verilir. Yerli və xarici hüquqi və fiziki şəxslər dedikdə universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri nəzərdə tutulur. Daxili bazar araşdırması hazır olduqdan sonra Agentlik hesabatı qiymətləndirir və sahibkara təqdim edir.

 

Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Bildiyiniz kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində biznes assosiasiyaları fəaliyyət göstərir. Daxili bazar araşdırmasının aparılması üçün assosiasiyanın adından da müraciət edilə bilər. Qeyd etmək istəyirəm ki, sahibkarın müraciəti əsasında hazırlanacaq bazar araşdırması yalnız həmin sahibkara təqdim ediləcək. Bununla yanaşı, müvafiq qaydalara uyğun olaraq Agentlik öz təşəbbüsü ilə iqtisadiyyatın prioritet sahələri üzrə daxili bazar araşdırmalarının aparılması üçün məsləhətçi şirkətlərə sifariş verəcək ki, həmin araşdırmalar bütün biznes subyektləri üçün açıq olacaq. Belə daxili bazar araşdırmaları bütün sahibkarların istifadə etməsi üçün Agentliyin rəsmi internet səhifəsində - www.smb.gov.az yerləşdiriləcək".

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

18.11.2019 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ