Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu il 7300 iş yeri bağlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il 7300 iş yeri bağlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019 -cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılmışdır.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 55,0 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 32,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

 

Bununla yanaşı, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 7,3 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

20.11.2019 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ