Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

58 "fintech"in dəyəri 213 milyard dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
58 "fintech"in dəyəri 213 milyard dolları keçib

Maliyyə texnologiyalar sahəsində sərmayələr sürətlə davam edərkən, dünyada 58 "unicorn" "fintech"in cəmi bazar dəyəri 213.5 milyard dollara çatıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "CB Insights"in "Global Fintech Report Q3 2019" hesabatına görə, 2019-cu ilin üçüncü rübündə 6 "fintech" şirkətinin də dəyəri 1 milyard dollar səviyyəsini aşıb və "unicorn" adını alıb (dəyəri 1 milyard dolları keçən "fintech"ə "unicorn" deyilir ).

 

Ölkələr üzrə baxıldıqda 58 "unicorn"un 33-ü ABŞ, 7-si İngiltərə, 5-i Çin, 3-ü Hindistan, 3-ü Braziliya, 2-si Almaniya, 2-si Avstraliya, 1-i İsveç, 1-i Cənubi Koreya və 1-i Yaponiya şirkətidir. 

 

ƏN QİYMƏTLİ "UNICORN" 39.4 MİLYARD DOLLAR İLƏ LU.COM-DUR

 

Bazar dəyəri ən yüksək "unicorn" isə 39.4 milyard dollarlıq bazar qiyməti olan Çinin "fintech" şirkəti LU.com-dur. Çinli nəhəngin ardınca 35.3 milyard dollarlıq bazar dəyəri ilə ABŞ-lı "Stripe" və 10 milyard dollarlıq bazar dəyəri ilə Hindistanlı "Paytm" gəlir. 2019-cu ilin ilk 9 ayında qlobal "fintech" sərmayələri 24.6 milyard dollara çatıb. Bu rəqəm 2017-ci ilin cəmindən daha çoxdur.

21.11.2019 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ