Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır” - AÇIQLAMALAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır” - AÇIQLAMALAR

"Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir”.

 

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

 

Ə. Əhmədov deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”

 

“Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil”
 

Ə. Əhmədov deyib ki, parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir, Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil: “Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.

 

YAP-çı deputatlar parlamentin buraxılması üçün MM-ə müraciət ediblər

 

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

 
YAP icra katibi qeyd edib ki, ölkədə gedən islahatların tam sistemli xarakter alması, qarşıya qoyulan vəzifələrə nail olunması islahatların bütün hakimiyyət qollarını əhatə etməsini tələb edir: “YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır. Bu gün YAP Siyasi Şurasında bu, məqsədəuyğun sayılıb. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Azərbaycan parlamentinin də yeniləşməsi Prezidentin islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Son referenduma əsasən, Prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var. Bu da islahatlar konsepsiyasının daha sistemli və geniş şəkildə həyata keçirilməsinə zəmin yarada bilər”.

 

Ə. Əhmədov nəzərə çatdırıb ki, YAP-ı təmsil edən millət vəkilləri Siyasi Şuranın tövsiyəsini məmnuniyyətlə qərar qəbul ediblər: “Deputatlar bununla bağlı parlamentə müraciət ünvanlamağa qərar verdilər və həmin müraciət Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, parlamentin rəhbərliyi bu müraciəti yaxın zamanlarda parlamentdə müzakirəyə çıxaracaqlar”.

 

“Vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması diqqətimizdə olacaq”

 

“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”,-  Əli Əhmədov bildirib.


Ə. Əhmədov deyib ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq: “Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək. Qərarı seçicilər verəcəklər, biz maksimum çalışacağıq ki, seçiciləri gənclərə səs verməyə inandıraq”.

 

"Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun"


YAP sədrinin müavini-icra katibi, “İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”deyərək sözlərinə belə davam edib: 

 
"Namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var. Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

 

"Seçkinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir"

 

“Parlament fəaliyyətini davam etdirəcək. Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.

 

Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

O bildirib ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib.

 

S. Novruzov həmçinin bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.

 

NAĞD PUL 17%-DƏN

 

© APA

28.11.2019 12:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ