Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çıxarışı və sertifikatı olmayan məhsulların satışı çətinləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çıxarışı və sertifikatı olmayan məhsulların satışı çətinləşdirilir

Qida məhsulları reyestrindən çıxarışı, idxal edilən məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ictimai iaşə obyektlərinə daxil olmalıdır.



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər davam etdirilir.

 

AQTA sədrinin müavini Balarəhim Quliyevin iştirakı ilə növbəti belə görüş ictimai iaşə obyektlərinin sahibləri ilə baş tutub. “İctimai iaşə müəssisələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanan uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan görüşdə monitorinqlər zamanı ictimai iaşə obyektlərinə aşkarlanan uyğusuzluqların aradan qalıdırlması ilə bağlı sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.

 

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq ölkədə istehsal edilən qida məhsulları istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı, idxal edilən məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ictimai iaşə obyektlərinə daxil olmalıdır. Lakin AQTA-nın keçirdiyi monitorinqlər zamanı bu təlimatların, sanitar-gigiyenik qaydaların, mal qonşuluğu prinsipinin, eləcə də məhsulların markalanmasında tələblərin pozulduğu aşkarlanıb. Diqqətə çatdırılıb ki, ictimai iaşə obyektlərinin sahibləri bununla bağlı təlimata əməl etməlidirlər.

 

İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib. Sonda sahibkarların sualları cavablandırılıb.

29.11.2019 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ