Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“AzRe Təkrarsığorta”nın reytinq proqnozu yüksəldi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzRe Təkrarsığorta”nın reytinq proqnozu yüksəldi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AM BEST” reyting agentliyi “AzRe Təkrarsığorta” ASC-nin reytinq proqnozunu yüksəldib.


 

Sığorta sahəsində dünyanın ən nüfuzlu reyting agentliyi hesab olunan “AM BEST” reyting agentliyi Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin reytinqini yeniləyərək uzunmüddətli emitent reytinqini “BBB-”, maliyyə dayanıqlığı reytinqini isə “B+” səviyyəsində yenidən təsdiq etmişdir. Hər iki reytinq üzrə proqnoz “stabil”-dən “pozitiv”ə yüksəldib.

 

Bu barədə "Marja"ya “AzRe Təkrarsığorta” ASC-dən bildirilib.

 

Qeyd edilib ki, şirkətə verilən reytinq investisiya reytinqi hesab olunmaqla onun çox güclü kapital adekvatlığı və əməliyyat gəlirliliyi göstəricilərini, həmçinin, qənaətbəxş biznes profili və risklərin idarə olunması sisteminə malik olmasını əks etdirir.

 

Xatırladırıq ki, investisiya reytinqi “AzRe Təkrarsığorta” şirkətinə ilk dəfə 2014-cü ildə verilib.  2015-2017-ci illərdə global makroiqtisadi böhran vəziyyətinə baxmayaraq şirkət öz reytinqini qoruyub saxlamış və öz fəaliyyətini beynəlxalq bazarlara, o cümlədən, MDB ölkələri və Yaxın Şərq bazarlarına genişləndirmişdir.  Şirkətin maliyyə göstəriciləri və portfelinin diversifikasiyası 2018-2019-cu il makroiqtisadi inkişaf fonunda daha da inkişaf etdiyinə görə reytinq agentliyi tərəfindən “pozitiv” reytinq proqnozu verilib.

 

“Hədəfimiz regionumuzun lider təkrarsığortaçısı olmaqdır. Buna nail olmaq üçün müştərilərimizin təkrarsığorta ehtiyaclarını təmin edəcək peşəkar komandamız və güclü maliyyə göstəricilərimiz vardır. Uğurlarımızda bütün müştərilərimizin, xüsusilə də yerli sığorta bazarının rolu danılmazdır. Bizə etibar etdiklərinə və dəstək olduqlarına görə bütün müştərilərimizə təşəkkür edirik” - şirkətin İdarə Heyətinin sədri Vüsal Abbasov bildirib.

29.11.2019 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ