Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni istixana yaradılıb, məhsullarını Rusiyaya ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni istixana yaradılıb, məhsullarını Rusiyaya ixrac edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tərtər rayonunun Soyulan kəndi ərazisində istixana kompleksi yaradılıb.

 

Reklam_3_11

Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb.

 

“Azaqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov bildirib ki, kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

 

"Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 6 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur. Ölkəmizdə sahibkarlara yaradılan şəraitin müqabilində çalışacağıq ki, yüksək keyfiyyətli və ixracyönümlü məhsullar istehsal edək”, - deyə Zəfər Nəsirov bildirib.

 

NAĞD PUL 17%-DƏN

 

© Azərtac 

02.12.2019 08:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ