Mobil manşet üstü reklam-3_21

“Günay Sığorta”dan açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”dan açıqlama

“Günay Sığorta” şirkətinin ötən ilin 10 ayı ilə müqayisədə geriləməsi haqqında məlumatlar yayılmışdır. Şirkət yayılmış məlumatlara ilə bağlı açıqlama yayıb.

 

Qeyd edək ki, məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının statistik göstəricilərinə əsasən qeyd edilmişdir. Lakin statistik göstəricilərdə texniki səhv olaraq şirkətin 9 aylıq yığımı 10 aylıq yığımı kimi təqdim olunmuşdur.

 

“Günay Sığorta”nın açıqlamasında deyilir:

 

“2019-cu il ərzində “Günay Sığorta” fəaliyyət istiqamətlərinin və satış kanallarının genişləndirilməsinə, sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsinə, əməliyyat fəaliyyəti üzrə mənfəət generasiyasına, yeni korporativ standartların tətbiqinə, bununla yanaşı qarşıya qoyulan bütün hədəflərə nail olmuşdur. Maliyyə göstəriciləri ilə yanaşı şirkət şimal və cənub regionlarında yeni filialların, eləcə də yeni iş yerlərinin açılmasını təmin etmiş və satış coğrafiyasını daha da genişləndirmişdir. 

 

Regionlarda və Bakıda fəaliyyət göstərən satış nümayəndələrinin işlərini peşəkarlıqla yerinə yetirməsi nəticəsində 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə şirkətin yığımlarında artım müşahidə olunmuşdur. Belə ki, 2018-ci ilin 10 ayında 5 milyon 253 min 237 manat sığorta haqqı toplayan şirkət, 2019-cu ilin 10 ayında 5 milyon 996 min 178 manat  sığorta haqqı toplamışdır. Şirkətin effektiv idarəetmə siyasəti, zərərliliyin düzgün tənzimlənməsi və zərərli fəaliyyət növlərindən geri çəkilməsi nəticəsində sığorta ödənişləri də azalmışdır. Belə ki, 2018-ci ilin 10 ayı üzrə 2 milyon 726 min 413 manat sığorta ödənişi edən şirkət 2019-cu ilin 10 ayında 1 milyon 497 min 99 manat sığorta ödənişi edərək fəaliyyətini uğurla davam etdirmişdir.

 

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

03.12.2019 06:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ