Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Embawood"un satışdan gəlirləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embawood"un satışdan gəlirləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amma xərclərin artması “Embawood"un artan gəlirləri silib


 

Reklam_3_11

2017-ci illə müqayisədə 2018-ci ildə “Embawood" MMC-nin (qrupun) satışdan gəlirləri 11 milyon 163 min manat və ya 30,5% artaraq cəmi 47 milyon 709 min manat təşkil edib. MMC 2017-ci ildə 36 milyon 547 min manat gəlir əldə etmişdi.

 

“Marja” şirkətin konsolidə edilmiş illik hesabatına istinadən xəbər verir ki, ötən il “Embawood" MMC-də satışın maya dəyəri 13 milyon 966 min manat və ya 58% artaraq 37 milyon 945 min manat təşkil edib.

 

Satışın maya dəyərinin artımı gəlir artımını üstələdiyindən şirkətin ümumi mənfəəti 22% azalaraq 9 milyon 764 min manata düşüb. 2017-ci ildə “Embawood"un ümumi mənfəəti 12 milyon 567 min manat təşkil etmişdi.

 

Eyni zamanda, ötən il “Embawood" 249 min manat sair əməliyyat və digər gəlirlər əldə edib.

 

Ötən il 10 milyon 13 min manat cəmi əməliyyat mənfəətindən sonra cəmi xərclər 9 milyon 604 min manat təşkil edib və nəticədə “Embawood" 2018-ci ili təxminən 410 min manat xalis mənfəət ilə başa vurub. “Embawood" 2017-ci ili 2 milyon 145 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il şirkətin xalis mənfəətinin 5,2 dəfə azalması satışın maya dəyərinin kəskin artmasından qaynaqlanıb.

 

31 Dekabr 2018-ci il tarixində “Embawood" MMC 75 milyon 439 min manat cəmi aktivlərə, 67 milyon 719 min manat cəmi öhdəliklərə və 7 milyon 720 min manat cəmi kapitala malik olub. Şirkət 2017-ci ilin sonunda 80 milyon 416 min manat cəmi aktivlərə, 73 milyon 186 min manat cəmi öhdəliklərə və 7 milyon 230 min manat cəmi kapitala malik idi.

 

Ötən ilin sonunda “Embawood" MMC 6 milyon 22 min manat bölüşdürülməmiş mənfəətə malik olub.

 

“Embawood" qrupuna “Embawood"  MMC və onun törəmə müəssisəsi olan “Masallı Konserv Zavodu” ASC daxildir.

04.12.2019 06:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ