Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda hotellər üçün minimal nömrə tələbi gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hotellər üçün minimal nömrə tələbi gəlir

Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq.

 

Reklam_3_11

Bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

 

Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

 

DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır. Əks halda həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək.

 

Qanun layihəsindəki digər yenilik qonaqların qeydiyyatı ilə bağlıdır.

 

Agentlik rəsmisi bildirib ki, hazırda yerləşdirmə vasitələrində qonaqların qeydiyyatı müəyyən anketin doldurulması ilə aparılır. Bu anketlər də aidiyyəti qurumlara təqdim olunur: "Biz bu işi asanlaşdırmaq istəyirik. Kağız işinin olmaması üçün qonaqların qeydiyyatının mərkəzləşdirilmiş formada aparılmasını təklif etmişik. Burada qonaqların fərdi məlumalarının təhlükəsizliyinə xüsusi önəm verilir. Heç bir dövlət qurumunun öz səlahiyyətinə aid olmayan informasiyaya çıxış imkanı olmayacaq".

 

Q.Xeyirxəbərli bildirib ki, DTA tərəfindən hazırlanan yeni qanun layihəsinin bu ilin sonunda hökumətə təqdim edilməsi nəzərdə tutulub: "Bu layihə turizm sənayesi üçün ağır öhdəliklər yaratmır. Əksinə, turizm sənayesinin işini asanlaşdıran, onların fəaliyyətini stimullaşdırır".

 

NAĞD PUL 17%-DƏN

 

© Trend

04.12.2019 09:55

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ