"Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar"
"Bu gün mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir".
Bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın çox gözəl beynəlxalq reputasiyası var:
"Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli dövlətlərin zirvə görüşü yüksək səviyyədə keçirildi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürdü. Qoşulmama Hərəkatının zirvə görüşü yüksək səviyyədə keçirildi. 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və 3 il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin zirvə görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələr – onların hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır.
Bizim apardığımız kadr islahatları, struktur islahatları eyni zamanda ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlara tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir.
Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox yüksək rəy formalaşıb və gözləntilər var. Ona görə də bütün təyin edilmiş yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir. Və siz də belə işləməlisiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl