Laminat-parket satan şirkətin gəliri kəskin artıb
Mebel, mebel aksesuarları, parket, laminat, qapı və digər taxta məhsullarının satışı ilə məşğul olan “Dinçer və Carçıoğlu” Birgə Müəssisəsi 2018-ci ili təxminən 183 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə edək ki, şirkət 2017-ci ili 86 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 16 milyon 150 min manat təşkil etmiş əsas əməliyyat gəliri (satışdan gəlir) 2018-ci ildə 29 milyon 152 min manata yüksəlib (13 milyon manat və ya 80,5% artıb). Ötən il şirkətin bütün xərclər çıxıldıqdan sonra 228 min manat əməliyyat mənfəəti yaranıb. Müəssisə əməliyyat mənfəətindən 46 min manat mənfəət vergisi ödəyib.
“Dinçer və Carçıoğlu” Azərbaycan -Türkiyə Birgə Müəssisəsi 2007-ci ildən Türkiyə və Almaniyanın məhşur markalarının nümayəndəliyini alaraq laminat sektoruna ilk addımını atmışdır. Hal-hazırda şirkət mebel, mebel aksesuarları, parket və digər taxta məhsullarının respublikamıza idxal olunması sahəsində ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
25 d. əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
34 d. əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl