Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərpoçt" və "Belpoçta" arasında müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərpoçt" və "Belpoçta" arasında müqavilə imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC və Belarusun "Belpoçta" poçt operatoru arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Reklam_3_11

İmzalanma mərasimi "Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun Rabitə və İinformasiya naziri Konstantin Şulqan da iştirak edib.

 

Müqaviləyə əsasən, tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun  qiymətlərlə çatdırılması təmin olunacaq.

 

Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.

 

Qeyd edək ki, ötən il "Bakutel 2018" sərgisində "Azərpoçt" və "Belpoçta" arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

05.12.2019 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ