Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İdxal edilən kərə yağı üçün 5 faiz gömrük rüsumunun müddəti 2 il uzadıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal edilən kərə yağı üçün 5 faiz gömrük rüsumunun müddəti 2 il uzadıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Qərara əsasən, Azərbaycana idxal olunan kərə üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılıb.

 

Başqa sözlə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə Azərbaycana idxal edilən kərə yağı üçün  idxal gömrük rüsumunun məbləği 15 faizdən 5 faizə endirilib və bu müddət bu il dekabrın 31-də başa çatırdı. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kərə yağı üçün  idxal gömrük rüsumunun məbləği yenidən 15 faiz olmalı idi. Nazirlər Kabinetinin son qərarı ilə bu müddət 2021-ci il dekabrın 31-dək uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən kərə yağı üçün gömrük rüsumu 15 faiz deyil, 5 faiz olacaq.

 

Aşağı rüsum ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmişdi. 

05.12.2019 07:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ