Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bir sıra məhsulların idxalına gömrük rüsumunun müddəti 2022-ci ilədək uzadıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir sıra məhsulların idxalına gömrük rüsumunun müddəti 2022-ci ilədək uzadıldı

Nazirlər Kabineti meyvə-tərəvəz məhsullarının bəzi növlərinin ölkəyə idxalına tətbiq olunan gömrük rüsum dərəcələrinin müddətini 2021-ci ilin dekabr ayının 31-dək uzadıb. Bu barədə hökumətdən məlumat verilib.

 

15 dekabr 2019-cu il tarixinədək 1 kq pomodor (təzə və ya təmizlənmiş) üçün 0,8 dollar, 1 kq soğan və sarımsaq üçün 0,6 dollar, 1 kq xiyar və kornişon üçün 0,8 dollar, 1 kq qoz-fındıq (qabıqlı və təmizlənmiş) üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, sidr istehsalı ilə əlaqədar 1 kq təzə alma və armud üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar məbləğində gömrük idxal rüsumu müəyyən edilmişdi. 

 

“Nazirlər Kabinetinin qərarı ilə bu rüsum dərəcələrinin müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb", - hökumətdən bildirilir.

 

Qərara əsasən meyvə və tərəvəz şirələrinin 1 litri üçün qüvvədə olan, gömrük dəyərinin 15%-i həcmində (0,7 dollardan az olmamaqla) gömrük idxal rüsumunun müddəti 31 dekabr 2021-ci ilədək uzadılıb.

 

Bundan əlavə, toyuq əti və onun sub məhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsum dərəcələrinin müddəti 2021-ci ilin sonunadək uzadılıb. Xüsusilə, 31 dekabr 2021-ci il tarixinədək Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 dollar (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına 100 dollar məbləğində gömrük rüsumu tətbiq ediləcək.

 

O cümlədən, bir sıra tikinti materiallarının ölkəyə idxalı üçün qüvvədə olan gömrük rüsum dərəcələrinin müddətini 31 dekabr 2021-ci il tarixinədək uzadılıb. Ölkəyə idxal olunan bentonitin 1 kq-ı üçün  0,03 dollar, gips və anhidrid, sement klinkeri, süni boyanmış və ya boyanmamış sement, giltorpaq və digər hidravlik sementin 1 kq-ı üçün 0,07 dollar, gips və gips məmulatlarının (1 kv.metr üçün  0,4 dollar), kərpic və kvars tozundan digər məmulatların (1 kq üçün 0,04 dollar) məbləğində gömrük rüsumu tətbiq olunacaq.

 

“Qeyd olunan dərəcələrin tətbiqi müddəti 15 dekabr 2019-cu il tarixində başa çatırdı. Nazirlər Kabineti rüsum dərəcələrinin tətbiqinin daha 2 il müddətinə uzadılmasına dair qərar qəbul edib”, - hökumətdən vurğulanıb.  


NAĞD PUL 17%-DƏN

 

© “İnterfaks-Azərbaycan” 

05.12.2019 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ