Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti logistika habının ötürmə qabliyyətini artırmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti  logistika habının ötürmə qabliyyətini artırmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın “KDY Logistics”şirkəti Həştərxan logistika habının ötürmə qabliyyətinin illik 1 milyona tona qədər artırmağı planlaşdırır.

 

Bu barədə şirkətin Direktorlar Şuarsının sədri Qalib Məmmədov işgüzar görüş zamanı Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə məlumat verib.

 

“Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “KDY Logistics”şirlətinin Direktorlar Şuarsının sədri Qalib Məmmədovu qəbul edib. Onlar regionun nəqliyyat infrastrukturu, xüsusilə Kutum stansiyasında yaradılan dəmir yolu logistika habının inkişafı perspektivlərini müzakirə ediblər. Məmmədov bildirib ki, şirkət habın tam gücü ilə fəaliyyət göstərməsi üçün səy göstərir. Hazırda hab vasitəsilə yüklərin İrandan Türkiyə və Həştərxan vilayətinə və geriyə tədarükü təşkil olunub. Özbəkistanla intensiv danışıqlar aparılır. Şirkətin planlarına habın ötürmə qabiliyyətinin illik 1 miyon tona çatdırılması daxildir”, - Həştərxan vilayətinin saytında məlumat verilir.

 

Məlumatda qeyd olunur ki, logistika mərkəzi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm halqalarından birinə çevriləcək.

 

“Sevindirici haldır ki, bu gün layihəmizn Həştərxan vilayətinin iqtisadiyyatına müəyyən töhfə verir. Sizin nəqliyyat mərkəzinizin gələcəkdə inkişafı üçün şəraitin yaradılması yük daşımaları həcminin illik 1 milyon tonadək artmasına imkan verəcək. Biz bu istiqamətdə bütün zəruri dəstəyi göstərəcəyik”, - Babuşkin bildirib.

 

Xəbər verildiyi kimi, Azərbaycanın “KDY Logistics”şirkəti tez xarab olan meyvə-tərəvəzin tədarükü məqsədilə Həştərxan vilayətində logistika mərkəzinin yaradılmasına 2 milyard rubldan artıq vəsait yatıracaq.

 

KDY Logistics”in saytına əsasən, şirkət 2017-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhərində yerləşən şirkətin Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və İranda nümayəndəlikləri var. “KDY Logistics” şirkəti yüklərin dəmir yolu ilə daşınması xidmətləri göstərir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti şirkət üçün prioritet istiqamətlərdir.

 

NAĞD PUL 17%-DƏN

 

© "İnterfaks-Azərbaycan"

05.12.2019 09:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ