Ən yuxarı statik reklam_3

Sabahın hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabahın hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 3-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 6-da havanın əsasən yağmursuz olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

05.12.2019 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ