Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət İdarəsi villa qiymətinə sərgi üçün dizayn və montaj sifariş verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət İdarəsi villa qiymətinə sərgi üçün dizayn və montaj sifariş verib

Dövlət Radiotezliklər İdarəsi "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni satın alıb. Ehtimal ki, satınalma “Bakutel 2019” sərgisində iştirak ilə bağlıdır.

 

"Marja" xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsi satınalma müqaviləsini "Elcom" MMC ilə bağlayıb. Müqavilənin məbləği 600 min manatdır.

 

Dövlət Radiotezliklər İdarəsinin sərgi üçün bahalı dizayn, montaj və demontaj işləri sifariş etməsi diqqəti cəlb edir. 600 min manata "Nərimanov" metrosu yaxınlığında geniş 2 mənzil, Bakıya yaxın ərazidə isə yaxşı bir villa almaq olar. 

 

Qeyd edək ki, hazırda davam edən “Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. Həmin qurumlardan biri də Dövlət Radiotezliklər İdarəsidir.

 

Bu il Dövlət Radiotezliklər İdarəsi  "Elcom" MMC ilə ümumi məbləği 829 min manat olan 6 müqavilə bağlayıb. Ən böyükməbləğli müqavilə "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri"ni nəzərdə tutur.

 

10 manat nizamnamə kapitalı olan "Elcom" MMC-nin qanuni təmsilçisi Elnur Şəfiyevdir.

 

ÖTƏN İL 5 MİLYON MANATA YAXIN MƏNFƏƏT ƏLDƏ EDİB

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Radiotezliklər İdarəsi 2018-ci ili 4 milyon 684 milyon manat mənfəət ilə başa vurub. Ötən il İdarənin gəlirləri 12 milyon 672 min manat, xərcləri isə 7 milyon 988 min manat təşkil edib.

 

Dövlət Radiotezliklər İdarəsinin “Bakutel 2019” sərgisindəki stendi

05.12.2019 11:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ