Rekord gəlir əldə etdi; Dünyanın ən dəyərli şirkəti oldu
"Saudi Aramco" səhmlərinin ilkin kütləvi təklifindən 25 milyard dollarlıq rekord gəlir əldə etdi
"Saudi Aramco" 1,7 trilyon dollar bazar dəyəri ilə dünyanın ən qiymətli şirkəti oldu
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" səhmlərinin ilk kütləvi satışından (İPO) təxminən 25 milyard dollar gəlir əldə edərək rekord qırıb.
"Marja" xəbər verir ki, "Saudi Aramco"dan verilən yazılı açıqlamaya görə, şirkətin cəmi 3 milyard ədəd səhmlərindən ibarət 1,5%-lik hissəsi investorlara satılıb.
Sərmayəçilərdən bir səhmə ən yüksək miqdar olaraq 32 Səudiyyə riyalı (8,53 ABŞ dolları) təklif alındığının qeyd edildiyi açıqlamada, bu qiymət ilə şirkətin 25,59 milyard dollar gəlir əldə etdiyi qeyd edilib.
Açıqlamada, İPO çərçivəsində korporativ sərmayəçilərdən 106 milyard dollar və fərdi sərmayəçilərdən isə 119 milyard dollar məbləğində təklif gəldiyi məlumatına yer verilib.
"Saudi Aramco"nun İPO-dən əldə etdiyi 25,59 milyard dollarlıq gəlir, Çinin elektron ticarət nəhəngi "Alibaba"nın 2014-cü ildə Nyu York Birjasında təşkil edilən IPO-sunda əldə edilən 21,8 milyard dollarlıq gəliri geridə qoyaraq bir IPO-dan əldə edilən ən yüksək gəlir olaraq qeydə alınıb.
Şirkətin 1,5%-lik hissəsinin 25,59 milyard dollar dəyərə malik olması ilə "Saudi Aramco"nun cəmi bazar dəyəri də 1,7 trilyon dolların bir az üzərində reallaşmışdır.
Bu nəticə ilə ABŞ-ın texnologiya nəhəngi "Apple"ın 1,1 trilyon dollarlıq bazar dəyərini geridə qoyan "Saudi Aramco", dünyanın ən qiymətli (dəyərli) şirkəti mövqeyinə yüksəlib.
İPO (Initial public offering) - şirkəti səhmlərinin fond birjasında investorlara ilk açıq satışı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl