Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

OPEC-in yığıncağından qərar çıxmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in yığıncağından qərar çıxmadı

Səudiyyə Ərəbistanının neft naziri Şahzadə Əbdüləziz bin Səlman: OPEC-ə üzv olmayan müttəfiqlərimiz ilə görüşmədən əvvəl bir razılaşma olduğunu söyləyə bilmərik.


 

Reklam_3_11

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 177-inci yığıncağından qərar çıxmadı.

 

"Marja" xəbər verir ki, Avstriyanın paytaxtı Viyanada dünən yerli saatla 17.15-də 2 saat gecikmə ilə başlayan yığıncaq, yerli saatla 23.05-də (Bakı vaxtı ilə saat 02.05) sona çatıb. 

 

Mətbuata bağlı təşkil edilən və təxminən 6 saat davam edən yığıncağın ardından, OPEC-in xam neft istehsalının azaldılması müddətini uzatması və ya istehsalı daha çox azaltmaq haqqında hər hansı bir qərar çıxmayıb. 

 

OPEC-in Baş qərargahında yığıncağın ardından keçirilməsi lazım olan mətbuat konfransı da ləğv edilib.

 

Təşkilat üzvü 14 ölkənin enerji və neft nazirlərinin bir çoxu da yığıncağın ardından mətbuat mənsublarının suallarını cavabsız qoyaraq, OPEC-in Baş qərargahından gediblər. 

 

Səudiyyə Ərəbistanının Neft naziri Şahzadə Əbdüləziz bin Salman, yığıncaqdan sonra jurnalistlərə verdiyi açıqlamada, "OPEC-ə üzv olmayan müttəfiqlərimiz ilə görüşmədən əvvəl bir razılaşma olduğunu söyləyə bilmərik" deyib. 

 

Selman, bir jurnalistin, "Yaxşı, OPEC üzvləri arasında bir razılaşma varmı?" sualına isə "Təbii ki" cavabını verib.

 

Rusiya daxil 10 OPEC üzvü olmayan neft istehsalçısı ölkələrin OPEC-lə birlikdə təşkil edəcəyi 7-inci Nazirlər Yığıncağı, bu gün yerli saatla 11.00  (Bakı vaxtı ilə 14.00) Viyanada başlayacaq.

 

Dünən Viyanada OPEC və OPEC-ə üzv olmayan ölkələrin iştirak etdiyi Ortaq Nazirlər İzləmə Komitəsi (JMMC) Yığıncağının ardından mətbuat mənsublarına açıqlama verən Rusiyanın Energetikai naziri Aleksandr Novak, OPEC-in neft istehsalını əlavə gündəlik 500 min barel azaldılmasını tövsiyə etdiyini söyləmişdi. Hazırkı razılaşmaya görə, OPEC və OPEC-ə üzv olmayan müttəfiqlər gündəlik hasilatlarını 1,2 milyon barel azaltmalıdırlar.

06.12.2019 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ