Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazara süd məhsulları paylayan şirkət gəlir və mənfəətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazara süd məhsulları paylayan şirkət gəlir və mənfəətini açıqladı

Dünya şöhrətli firmaların süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirən “Food Trade” MMC 2018-ci ili 413 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti 2,7 dəfə artıb. “Food Trade” şirkəti 2017-ci ili 155 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 11 milyon 413 min manat təşkil etmiş əsas əməliyyat gəliri (satışdan gəliri) 2018-ci ildə 18 milyon 999 min manata yüksəlib (7 milyon 586 min manat və ya 66,5% artıb). Müqayisə olunan dövrdə satışın maya dəyəri isə 10 milyon 251 min manatdan 17 milyon 363 min manata qalxıb.

 

Ötən il satışdan gəlirin artması və sair əməliyyat gəlirləri ilə əlaqədar olaraq “Food Trade” şirkətinin əməliyyat mənfəəti də 2,7 dəfə artaraq 516 min manat təşkil edib. Şirkət ötən il əməliyyat mənfəətindən 103 min manat mənfəət vergisi ödəyib.

 

“Food Trade” MMC 2014-cü ildə yaradılmışdır. Şirkət  “Svalya”, “Valio”  kimi dünya şöhrətli firmaların süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirir.

 

“FOOD TRADE” MMC (VÖEN 3101383641) 31 dekabr 2018-ci il tarixinə Auditor Rəyi və Maliyyə Hesabatları

06.12.2019 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ