Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

18 bankın depozit portfeli artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
18 bankın depozit portfeli artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-sinin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Sənaye Bankı", "Atabank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Rabitəbank", "Bank Avrasiya", "Muğan Bank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən az azalma "Azərbaycan Sənaye Bankı"nda (1,9%), ən çox azalma isə  İran bankında (39,7%) qeydə alınıb.

 

 Qalan 18 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (73,5%), ən aşağı dinamika isə "Amrah Bank"da (1,2%) qeydə alınıb.

 

5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 milyard 461 milyon 198 min manat), "PAŞA Bank" (3 milyard 311 milyon 614 min manat), "Kapital Bank" (3 milyard 193 milyon 557 min manat), "Xalq Bank" (1 milyard 419 milyon 798 min manat) və "Bank Respublika"dır (1 milyard 31 milyon 33 min manat).

 

Qalan 25 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 5 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

 

NAĞD PUL 17%-DƏN

 

© "Renkinq"

06.12.2019 06:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ