Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın neft ixracı idxalını keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft ixracı idxalını keçdi

Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-ın neft ixracı, 1973-cü ildən bu yana ilk dəfə neft idxalını geridə qoyub.


"Marja" ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqlamasına istinadən xəbər verir ki, sentyabr ayında ölkənin neft ixracı idxalından gündəlik orta hesabla 89 min barel çox olub.

Reklam_3_11

 

Sentyabr ayında ABŞ-ın neft idxalı 8 milyon 668 min barel, neft ixracı isə 8 milyon 757 min barel səviyyəsində reallaşıb. Beləliklə, ölkədə xam neft və neft məhsullarını əhatə edən neft ixracı 1973-cü ildən bu yana ilk dəfə idxalı keçib. 

 

ABŞ-ın 2009-da neft ixracı, idxalından gündəlik orta hesabla 10 milyon barel aşağı idi. Bu fərqin bağlanmasına ABŞ-ın artan xam neft istehsalı səbəb oldu. Ölkədə gündəlik ortalama xam neft istehsalı 2009-da 5,3 milyon barel ikən, bu miqdar sentyabrda 12,1 milyon barelə yüksəlib. 

 

Keçmiş ABŞ Prezidenti Barak Obama 2015-ci ilin sonunda ABŞ-ın xam neft ixracına maneə törədən qadağanı ləğv etmişdi. ABŞ, 2018-ci ilin Noyabr ayında əvvəl Səudiyyə Ərəbistanını, daha sonra da Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu.

06.12.2019 11:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ