Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan dizeli qaçaq yollar ilə xaricə daşınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan dizeli qaçaq yollar ilə xaricə daşınır

Azərbaycandan dizelin xaricə qaçaqmal şəkilində aparılması halları artıb.


 

Reklam_3_11

2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.

 

"Marja"nın Dovlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onlardan biri üzrə materiallar toplanaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, on iki fakt üzrə inzibati xəta haqqıda iş üzrə icraat başa çatdırılmış, dörd  fakt üzrə isə hazırda icraat davam etdirilir.

 

Hüquqpozma predmeti qismində saxlanılan dizel yanacağının həcmi 2 milyon 970 min 770 litr təşkil etmişdir.

 

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Dizelin qaçaq yollarla ölkə xaricinə daşınması rəsmi ixracın azalmasına və dövlətin valyuta gəlirləri itkisinə səbəb olur.

06.12.2019 11:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ